insafeli
Thursday, February 09, 2006
 
İnsafəli Hidayət «Azadlıq» radiyosunda

Çərşənbə günündən başlayaraq İran Azərbaycanı'nın tanınmış jurnalisti İnsafəli Hidayət «Azadlıq» radiyosunun müxbirlər qurupuna qoşulur. O, müntəzəm şəkildə İrandakı Azərbaycanlıların həyatı haqqında xəbər və mə'lumat verəcək.
İnsafəli Hidayət 2004-cü ildə Təbriz'də «xarici KIV-lərə mə'lumat verdiyi» üçün 18 ay müddətinə həbs edilib. Daha sonra «İran xalqına və İslam Respublikası rəhbərliyinə açıq məktubu»nda İran Azərbaycanlılarına edilən təzyiqləri ifşa etdiyinə görə, yenidən məhkum olunub və işgəncələrə mə'ruz qalıb.

İnsafəli Hidayət İran Azərbaycanlıları arasında cəsarəti və jurnalist məharətiylə seçilir.

Powered by Blogger